Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində qardaş ölkənin nümayəndə heyəti Şuşa şəhərində olub. Bu barədə Primeinfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Şuşanın tarixi, Azərbaycanın mədəniyyət və ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlər, Ermənistanın işğalı altında olduğu müddətdə şəhərin tarixi-mədəni irsinə qarşı həyata keçirilən vandalizm barədə qonaqlara ətraflı məlumat verilib.
Laçında idarəetmədən çıxan yük maşını aşıb. Primeinfo.az xəbər verir ki, hadisə Laçın-Şuşa yolunun 10-cu kilometrliyində qeydə alınıb. Hadisə səbəbindən yolda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
Şuşa şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir. Primeinfo.az xəbər verir ki, iclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Xocavənd rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edir.
Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə 31 oktyabr 2025-ci il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Şuşa şəhərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib. Tədbirdə hər iki ölkədən aparıcı analitik qurumların rəhbərləri, ekspertlər və tədqiqatçılar iştirak ediblər.
Noyabrın 24-də Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin birinci Forumu işə başlayıb.
Müğənni Xatirə İslam Şuşa və Xankəndidəki tədbirlərə dəvət olunmadığına görə Mədəniyyət Nazirliyini günahlandırıb. Paralel olaraq, digər sənət, ədəbiyyat nümayəndələri də oxşar fikirlər səsləndirirlər. Bildirilir ki, sözügedən tədbirlərə hər il eyni adamlar gedir, bir qrup isə kənarda qalır.
Şuşa şəhərlərində yerli rəssamların əsərlərindən ibarət sərgi açılıb. Primeinfo.az xəbər verir ki, sərgi şəhərin “Şuşa” hotelində təşkil olunub. Sərgilənən rəsm əsərlərində Şuşanın tarixi, mədəni və təbiət abidələri əks olunub.
Şuşa şəhərində Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir. Primeinfo.az xəbər verir ki, “Şuşa hotel”də şəhərin rəssamlarından ibarət rəsm sərgisi təşkil olunub. Sərgilənən rəsmlər əsasən Şuşanın tarixi, mədəni və təbiət abidələrini əks etdirir.
İşğaldan azad olunmuş Şuşa şəhərində Zəfər Gününün 5 illiyi ilə əlaqədar hərbi yürüş keçirilib.