İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub - FOTO - YENİLƏNİB
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Şuşa şəhərində Qurban bayramı ilə əlaqədar bayramı namazı qılınıb. Primeinfo.az xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində qılınan bayram namazında Azərbaycan xalqı, dövləti üçün dualar edilib, əmin-amanlıq arzulanıb. Bayram namazında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladları da yad olunub, ruhlarına dualar oxunub.
“Şuşanın Qarabağ küçəsində dövlət özəl tərəfdaşlığı ilə yeni binalar inşa edilib”. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, yaxın zamanda Şuşada 150 yerlik hotel qonaqların istifadəsinə veriləcək: “Bu layihə xüsusi investisiyalar hesabına layihələndirilib”.
Bu il Şuşanın Böyük qala və Kiçikqaladərəsi kəndlərinə köç olacaq. Primeinfo.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlaması zamanı deyib. Xüsusi nümayəndə qeyd edib ki, Şuşanın Turşsu qəsəbəsində bu il bərpa və quruculuq işləri görüləcək: “Ümid edirik ki, gələn il bu qəsəbəyə köç olacaq.
2024-cü il mayın 10-dan indiyədək Şuşa şəhərinə 377 ailə olmaqla ümumilikdə 1411 nəfər qayıdıb.
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 14-də Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başlayıb. Primeinfo.az xəbər verir ki, festivala Cıdır düzündə “Mənim Azərbaycanım” rəqs kompozisiyası və görkəmli bəstəkar Cahangir Cahangirovun “Cənnətim Qarabağ” əsəri ilə start verilib. Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən musiqi kollektivləri və solo ifaçılar qatılıblar.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada yerləşən Qazançı kilsəsi ilə bağlı paylaşım edib.
Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Şuşada olublar.
Daxili Qoşunların Vətən Müharibəsində Şuşanın alınmasında fəaliyyəti ilə bağlı tarixi faktlar açıqlanıb.
Şuşa, Xankəndi şəhərləri və Xocavənd rayonu ərazilərində yolların buz bağlaması səbəbindən vətəndaşlar avtomobillərdə köməksiz vəziyyətdə qalıblar. Primeinfo.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri və Qarabağ Regional Mərkəzinin xilasetmə qrupu dərhal əraziyə cəlb edilib.