
“Şuşanın Qarabağ küçəsində dövlət özəl tərəfdaşlığı ilə yeni binalar inşa edilib”.
Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yaxın zamanda Şuşada 150 yerlik hotel qonaqların istifadəsinə veriləcək:
“Bu layihə xüsusi investisiyalar hesabına layihələndirilib”.