Xəbər axtarın

Son axtarış nəticələri:

Xarici diplomatlar Şuşada olublar - FOTO

01.05.2026 18:12

Xarici diplomatlar Şuşada olublar - FOTO

Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Şuşada olublar.

Primeinfo.az xəbər verir ki, diplomatlar Şuşa şəhərində “ASAN xidmət” mərkəzinə baş çəkiblər.

Qonaqlara mərkəzin əhaliyə göstərdiyi xidmət çeşidi haqda ətraflı məlumat verilib.

Eyni zamanda, diplomatlar şəhərdə aparılan təmir-bərpa işləri ilə tanış olublar.

Qeyd edək ki, diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını da ziyarət ediblər.

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər. Xarici nümayəndələrə Şuşa şəhərinin tarixi barədə məlumat verilib.

Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Paylaş: