Xəbər axtarın

Son axtarış nəticələri:

Paşinyan: "Azərbaycanla ermənilərin qayıdışını müzakirə etmirik"

30.04.2026 14:18

Paşinyan: "Azərbaycanla ermənilərin qayıdışını müzakirə etmirik"

Biz Azərbaycanla Qarabağ, Bakı və digər yerlərdə yaşamış ermənilərin qayıdışı məsələsini müzakirə etmirik.

Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

“Çünki hər iki istiqamətdə aparılan müzakirələr mövcud vəziyyətə təxribatçı təsir göstərir”, — Baş nazir brifinq zamanı deyib.

Paşinyan əlavə edib ki, “azərbaycanlıların da Ermənistana qayıdışı məsələsi Bakı ilə müzakirə olunmayıb”.

Paylaş: