
Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq.
Primeinfo.az “Armenpress”-ə istinadən xəbər verir ki, bunu Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib.
“Hesablamalarıma görə, ən sürətli iş elektrik xətlərinin istismara verilməsi olacaq. Bu layihə həmçinin çoxlu iş yeri yaradacaq və ümid edirəm ki, biz Ermənistan vətəndaşlarını iş yerləri ilə təmin edəcəyik və şirkətlər başqa ölkələrdən işçi qüvvəsi cəlb etmək məcburiyyətində qalmayacaqlar”, – Paşinyan deyib.
Baş nazir qeyd edib ki, Gümrü-Türkiyə sərhədi ilə Yerasx (Arazdəyən)-Naxçıvan sərhədi dəmir yolu hissələrinin yenidən qurulmasını çox tez bir zamanda – 1-1,5 il ərzində həyata keçiriləcək.