Xəbər axtarın

Son axtarış nəticələri:

Korrupsiya barədə məlumat verən şəxs necə qorunur? - RƏSMİ AÇIQLAMA

11.06.2026 13:06

Korrupsiya barədə məlumat verən şəxs necə qorunur? - RƏSMİ AÇIQLAMA

Korrupsiya pozuntuları ilə bağlı məlumat verən şəxslərlə bağlı qanunvericilikdə bütün məsələlər tənzimlənib və onlara qarşı təzyiq hallarına görə cinayət məsuliyyəti də müəyyən olunub.

Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun “İnstagram” sosial şəbəkə səhifəsindəki canlı yayımda qurumun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova danışıb.

O bildirib ki, qanunvericilikdə korrupsiya pozuntuları haqqında məlumat verən şəxslərin dövlət müdafiəsi var:

“Bu şəxslərin verdiyi məlumata görə qisas almaq məqsədilə hansısa tədbirlərin görülməsi qadağandır. Buna görə də müəyyən olunub ki, müvafiq korrupsiya pozuntuları ilə bağlı məlumat verən şəxs hesab edirsə ki, onun işdən çıxarılması, tənbeh edilməsi verdiyi məlumata görədir, bunun əksinin sübutu işəgötürənin öhdəliyindədir”.

Paylaş: