Xəbər axtarın

Son axtarış nəticələri:

Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına ŞOK cavab

30.06.2026 09:42

Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına ŞOK cavab

Ermənistanın Baş naziri Nikol Paşinyan İsrailin qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı rəsmi İrəvanın mövqeyini açıqlayıb.

Primeinfo.az xəbər verir ki, Paşinyan dövlət olaraq bu addıma qarşı hər hansı cavab vermək niyyətlərinin olmadığını bildirib.

“Biz buna reaksiya verməyi lazımsız hesab edirik. Çünki “erməni soyqırımı” məsələsinin siyasi silah kimi istifadə olunmaması məhz Ermənistan Respublikasının maraqlarına uyğundur. Yaxın dövrdə bu istiqamətdə hər hansı bir bəyanat və ya reaksiya gözlənilmir”, – deyə o vurğulayıb.

 

 

 

Paylaş: