Xəbər axtarın

Son axtarış nəticələri:

Paşinyanı təhdid edən şəxs Rusiyada yaşayırmış

01.06.2026 20:07

Paşinyanı təhdid edən şəxs Rusiyada yaşayırmış

Ermənistanda baş nazir Nikol Paşinyana qarşı ölüm təhdidi məzmunlu videonun yayılması ilə bağlı cinayət işi üzrə yeni detallar açıqlanıb.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, prokuror mayın 30-da maskalı beş nəfərdən biri olan M.M. barəsində ictimai cinayət təqibi başladıb.

Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin bir qrup şəxs tərəfindən qətlin hazırlanması, eləcə də zor tətbiqi hədəsi ilə seçkiqabağı təşviqatın qarşısını alma maddələri üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, mayın 16-da saat 19:30 radələrində maskalı beş nəfər ümumi istifadə üçün nəzərdə tutulmayan “live.1tv.am” platformasının canlı yayım məlumatlarına çıxış əldə edərək ölüm təhdidi xarakterli videonu yayıblar.

Hadisə ilə bağlı mayın 17-də Ermənistan İstintaq Komitəsinin Yerevan şəhər idarəsində ağır cinayətlərlə bağlı cinayət işi başlanıb.

İyunun 1-də isə M.M. barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim olunub.

Məlumata görə, M.M. 2024-cü ildən Ermənistan ərazisində deyil və ilkin məlumatlara əsasən hazırda Rusiyada yerləşir. Bu səbəbdən onun axtarışa verilməsi üçün sənədlər polisə göndərilib.

Paylaş: