
“Dünyanın əksər ölkələrində tələbələr üçün güzəştli nəqliyyat kartları var. Məsələn, İstanbulda tələbələr üçün 200 gediş sərbətdir. Yaxud nəqliyyatdan bir dəfə istifadə edənlər üçün xüsusi ödəniş biletləri satılır. Bəs Azərbaycanda nə zaman nəqliyyatdan ödənişlə bağlı qərarlar veriləcək?”
Primeinfo.az xəbər verir ki, bunu jurnalst Aygün Muradxanlı Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” platformasında deyib.
Onun fikrincə, Azərbaycanda da ictimai nəqliyyatda günlük, aylıq, illik bilet paketləri, özəlliklə tələbələr üçün güzəştli kartlar olmalıdır.
“Nəqliyyatdan intellektual idarəetmə adı altında bu sahəyə milyonlarla vəsait ayrıldı. Amma həmin vəsait indi kimin üçünsə Mayamidə hotel, villa, restoran olub. Azərbaycan vətəndaşları həmin vəsaiti görmədi”.
Aygün Muradxanlı Bakı metrosunun Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi zamanı “28 may” stansiyasının qismən bağlanacağı məsələsinə də münasibət bildirib:
“Bu xətləri ayırmaq lazımdır – bunu anladıq. Amma bu zaman vətəndaşların həyatını asanlaşdırmaq üçün heç bir tədbirin görülməməsi narahatlıq doğurur. Sanki məmurlar belə qərarları verəndə “ChatGPT”dən soruşurlar. Nəticədə də milyonlarla insan qalacaq küçədə”.
Davamı “Qırmızı masa”da: