
“Rusiya öz paytaxtını qoruya bilmir. Bir tərəfdən Gerasimov, Şoyqu və digərləri hansısa əraziləri nəzarətə götürmüşük desələr də, o əraziləri əldə saxlamaq qüdrətində deyillər. Belə olduğu təqdirdə Putin bu gün Kuril adalarına getməklə Yaponiyaya nə demək istəyir? Rusiya hazırda Ukrayna ilə bacarmır, Yaponiya ilə necə bacaracaq?”
Primeinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ilk dəfə olaraq dövlət başçısı kimi Kuril adalarına səfər edib. Səfər çərçivəsində Putin arxipelaqın ən böyük adası olan İturup adasında olub. Bildirilib ki, bu, Rusiya Federasiyası tarixində prezidentin Kuril adalarına ikinci gəlişidir. Daha əvvəl Dmitri Medvedyev 2010-cu ildə prezident olarkən Kuril adalarına yollanıb.
Yaponiya Xarici İşlər Nazirliyi (XİN) Rusiya liderinin Cənubi Kuril adaları qrupuna daxil olan İturupa səfəri ilə bağlı bəyanat yayıb.
“Bu gün biz Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri barədə xəbər aldıq. Yaponiya bu səfərlə bağlı qətiyyətli etirazını bildirir”, – bəyanatda deyilir.
Davamı “Qırmızı masa”da: