Xəbər axtarın

Son axtarış nəticələri:

"Sən kimsən ki, müstəqil dövlətin nazirinin hara getməsini müzakirə edəsən?" - Keçmiş nazirdən Solovyova SƏRT ETİRAZ - VİDEO

21.08.2026 14:00

"Sən kimsən ki, müstəqil dövlətin nazirinin hara getməsini müzakirə edəsən?" - Keçmiş nazirdən Solovyova SƏRT ETİRAZ - VİDEO

“Bu gün Kremlin təbliğat maşını, Solovyov və onun kimilər sıradan biriləri deyil. Onların hər biri Kremlin işçiləridir. Yəni Putinin dediklərini birbaşa dünyaya təqdim edirlər. Solovyov son çıxışında Azərbaycana hədə-qorxu gəlir. Sən kimsən ki, müstəqil bir dövlətin xarici işlər nazirinin hara getməsini müzakirə edəsən? Azərbaycan dövləti sizin bu qanlı müharibənizdə haqqın tərəfindədir və biz bunu heç kimdən gizlətmirik”.

Primeinfo.az xəbər verir ki, bu sözləri keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Qeyd edək ki, Rusiyalı təbliğatçı Vladimir Solovyov növbəti dəfə Azərbaycana qarşı sərsəm bəyanatlar səsləndirib.

Aparıcı Bakının öz siyasətini davam etdirməsindən və Moskvanın reaksiyasına məhəl qoymamasından qəzəblənib.

“Azərbaycan bu qədər özünəinam hissini haradan alır? Azərbaycan üç vətəndaşımızı axtarışa verib. Biz buna hər hansı bir şəkildə cavab verdikmi? Bəs xarici işlər nazirinin Ukraynaya səfəri necə olacaq? Biz buna hər hansı bir şəkildə cavab verdikmi? Və özünüzə sual verin: Azərbaycan və bir sıra digər ölkələr niyə bu cür davranırlar? Onlar əmindirlər ki, biz uduzacağıq. Çünki onlar əmindirlər ki, biz heç vaxt cavab verməyəcəyik: nə Qərbə, nə də onlara”, – Solovyov bildirib.

Davamı “Qırmızı masa”da:

Paylaş: