
“Son bir ayda Ukrayna strateji təşəbbüsü tamamilə ələ alıb. Artıq döyüşlər Ukrayna ərazisində deyil, Rusiyanın mərkəzi rayonlarında gedir. Xüsusilə də Moskva, Moskva vilayəti, Sankt-Peterburq və digər əraziləri qeyd etmək olar. Moskva ətrafına edilən hücumlarda Ukrayna PUA-ları böyük məharət göstərir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Politoloq əlavə edib ki, mövcud PUA-lar öncəkilərdən xeyli fərqlənir: “Öncəliklə qeyd etmək lazımdır ki, həmin PUA-lar daha uzaq məsafəyə uçuş qabiliyyətinə malikdir. Bundan əlavə onlar öz bortuna 500 kq-dan çox partlayıcı maddə ala bilirlər”.
Davamı “Qırmızı masa”da: