
“Azərbaycanı dövlətçi, imperiya xalqı edən iki sima var millətin yaddaşında, ruhunda: Şah İsmayıl və Şah Abbas. Onların adı həmişə çəkilib”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Milli fikir” platformasında tarixçi alim Paşa Həsənli bildirib.
O, son zamanlar Səfəvilər İmperiyası və onun qurucusu Şah İsmayıl Xətai ilə bağlı səsləndirilən fikirləri tənqid edib:
“SSRİ-nin, rusların, ingilislərin, Avropanın təlqini idi ki, Azərbaycan balaca xalqdır. Biz erməni və gürcü qardaşlarımızla əl-ələ verib yadelli işğalçılara qarşı savaşan, rusların köməkliyilə müdafiə qazanan xalqıq. “Yadellilər” kimdir? Əfşarlar, qacarlar, qaraqoyunlular, səfəvilər… Bu kompleksi Azərbaycan türklərinin içindən çıxaran, onu öz daxilində dövlətçi xalqı edən iki şəxsiyyət var – baba və nəvə: Şah İsmayıl və Şah Abbas”.
Tarixçi alim hesab edir ki, Şah İsmayıl Xətai mövzusunun yenidən gündəmə gətirilməsi təsadüfi deyil və burada sionist barmağı var.
Davamı “Milli fikir”də: