
“Bu, artıq Rusiya hərbi maşınının iflası deməkdir. Bütün bunlar tarixə yazılır və unudulmur. Prezident Putinin açıqlamalarında, guya Rusiya ordusunun hücumları nəticəsində Ukrayna ordusunun mühasirəyə düşdüyü bildirilir. Lakin görünən budur ki, real vəziyyət tamamilə fərqlidir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Natiq Miri Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətində apardığı gərgin döyüşlər zamanı 250-dən çox Rusiya hərbçisi Ukrayna tərəfinə təslim olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusunun komandiri Andrey Biletski rəsmi açıqlama verib.
Biletskinin sözlərinə görə, təslim olan Rusiya hərbçiləri arasında yüksək rütbəli zabitlər, hərbi pilotlar və artilleriyaçılar da var. Komandir həmçinin keçirilən uğurlu əməliyyatlar nəticəsində Donetsk istiqamətində üç yaşayış məntəqəsinin Rusiya qüvvələrindən tam təmizlənərək azad edildiyini də təsdiqləyib.
Davamı “Qırmızı masa”da: