Xəbər axtarın

Son axtarış nəticələri:

SON DƏQİQƏ: Ukrayna zərbələri davam edəcək - Putinin planı nədir? - VİDEO

11.08.2026 17:05

SON DƏQİQƏ: Ukrayna zərbələri davam edəcək - Putinin planı nədir? - VİDEO

“Ukrayna yaşayış məskənlərini vurmur. Tatarıstanın Nijnekamsk şəhərində strateji obyektə, neft emalı zavoduna vurulan zərbələr zamanı ölən şəxslər bilavasitə həmin zavodda işləyən və mühafizəni icra edən şəxslərdir. Düşünürəm ki, bu proseslər davam edəcək. Xüsusilə də təchizat və logistika mərkəzləri daha intensiv formada vurulacaq”.

Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Natiq Miri Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Qeyd edək ki, Ukrayna ordusu Tararıstan Respublikasının Nijnekamsk şəhərindəki neft emalı zavoduna PUA zərbələri endirib.

Bu barədə Rusiya “Teleqram” kanalları məlumat yayıb.

Tatarıstan hökumətindən bildirilib ki, Nijnekamskda ölənlərin sayı 13 nəfərə çatıb. Məlumata görə, hücum nəticəsində biri uşaq olmaqla, 75 nəfər yaralanıb.

Davamı “Qırmızı masa”da:

Paylaş: