Xəbər axtarın

Son axtarış nəticələri:

Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"

08.10.2026 11:33

Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"
Azərbaycanın Mərkəzi Asiya Dövlət başçılarının Məşvərət görüşləri (C5+1) formatına qoşulması Asiya və Avropadakı tərəfdaşlarla geniş əməkdaşlıq perspektivləri açır.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün açılışında bildirib.

S.Berdiməhəmmədov Azərbaycanın bu formata qoşulmasını, o cümlədən iqtisadi perspektivlər baxımından ən mühüm nəticə adlandırıb.

O, həmçinin Mərkəzi Asiya və Azərbaycanın regional və qlobal proseslərdə artan əhəmiyyətini vurğulayıb:

“Hazırda Mərkəzi Asiya və Azərbaycanın inkişafın ən mühüm logistika, enerji mərkəzləri kimi regional və qlobal proseslərdə rolu durmadan artır”.

Paylaş: