Xəbər axtarın

Son axtarış nəticələri:

WUF13-ün açılış mərasimini keçirilib, Prezident tədbirdə çıxış edib - FOTO - CANLI - YENİLƏNİB

18.05.2026 14:21

WUF13-ün açılış mərasimini keçirilib, Prezident tədbirdə çıxış edib - FOTO - CANLI - YENİLƏNİB

Mayın 18-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilib.

Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar.

Qarşılanma mərasimindən sonra birgə foto çəkdirildi.

Sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirildi və mədəni proqram təqdim olundu.

Dövlətimizin başçısı tədbirdə çıxış etdi.

Sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun tədbir iştirakçılarına videomüraciətləri nümayiş olundu, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minqin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxın çıxışları dinlənildi.

***

13:06

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi keçirilir.

Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Paylaş: