Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb. Primeinfo.az xəbər verir ki, bu mərhələdə kəndə 13 ailə (48 nəfər) köçürülür. Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.
Ağdamda pambıq daşıyan traktor aşıb. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb. Pambıqla yüklənmiş iki qoşqulu traktor idarəetmədən çıxaraq yol kənarına aşıb.
Bir müddət öncə Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaq müəssisəyə yerləşdirilib. Primienfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Belə ki, agentliyin əməkdaşları Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qaldığı iddia edilən uşaqla bağlı məlumat daxil olduğu ilk andan prosesə cəlb edilib.
Ağdamda bıçaqlanma hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndində qeydə alınıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan kənd sakini Cabbarov Sahib Camal oğlu Ağdam Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.
Ağdamın elektrik təsərrüfatı yenidən qurulur. Bu barədə Primeinfo.az “Azərişıq” ASC-dən bildirilib. Qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayonun bir sıra kənd və qəsəbələrində elektrik şəbəkəsi yenilənir, həmçinin şəhər ərazisində yeni güc mərkəzləri yaradılıb.
Ağdamda yaşayış evi yanır. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Əfətli kəndi ərazisində baş verib. Hadisə yerinə yerli yanğınsöndürən briqadaları cəlb olunub.
Ağdamın işğaldan azad edilməsindən 5 il ötür.
Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək yarmarkası keçiriləcək. Primeinfo.az xəbər verir ki, tədbir 21 noyabr 2025-ci il tarixində, saat 09:00-da “Aghdam City Hotel”də (Ağdam şəhəri, M.F. Axundzadə küçəsi) təşkil olunacaq.
Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Primeinfo.az xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 30 ailə (143 nəfər), Ağdam rayonunun Xıdırlı kəndinə isə 50 ailə (219 nəfər) köçürülüb.