“CineMastercard” kinoteatrında Azərbaycan şairi, qəzəlxan Əliağa Vahidin həyatından bəhs edən, Xalq artisti, kinorejissor Şahmar Ələkbərovun “Qəzəlxan” bədii filminin 35 illik yubileyi münasibətilə mərasim və filmin nümayişi keçirilib. Primeinfo.az xəbər verir ki, tədbir “CineMastercard” kinoteatrının təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası və “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə filmin ssenari müəllifi və rejissoru, kinorejissor Şahmar Ələkbərovun ailə üzvləri, kinematoqrafçılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu gündən yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Kardeş takımı 3” ailəvi filminin nümayişinə start verilib. Primeinfo.az-a kinoteatrdan verilən məlumata görə, tamaşaçıların böyük rəğbətini qazanmış macəra franşizasının davamı olan bu filmin üçüncü hissəsində komanda daha da böyüyür və sirli zaman səyahətinə çıxır. Həyəcanlı süjet qəhrəmanları müxtəlif tarixi dövrlərə aparır; onları gözlənilməz sınaqlar, təhlükələr və maraqlı kəşflər qarşılayır.
“Dəniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında Azərbaycan dilinə dublyaj olunmuş “Stiçhed. Şirin Xoxan” animasiya filminin nümayişi ilə rəngarəng Yeni il festivalı keçirilib. Primeinfo.az xəbər verir ki, filmin səsləndirilməsi üçün tanınmış aktyorlar və blogerlər Nofəl Şahlaroğlu, Cəmil Məmmədli, Emil Musayev, Lalə Süleymanova, Erkin Ergin, Nəcibə Hüseynova, Səid Məmmədov, Sevda Bıyık və başqaları dəvət olunub.
“Gənclik Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında türk kinosunun pərəstişkarları, media nümayəndələri və çoxsaylı qonaqların iştirakı ilə Türkiyənin “Bugün güzel” filminin gala-gecəsi baş tutub. Primeinfo.az xəbər verir ki, tədbir Baku Cinema Breeze nümayişləri çərçivəsində, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kino Baş İdarəsinin dəstəyi ilə keçirilib. Premyerada filmin baş rollarını canlandıran Oğuzhan Koç və Ayça Ayşin Turan iştirak ediblər.
Dekabrın 4-dən etibarən “CineMastercard” kinoteatrlar şəbəkəsində “Soyut dışavurumcu bir dostluğun anatomisi veyahut yan yana” türk komediyasının eksklüziv nümayişi başlayır. Primeinfo.az xəbər verir ki, məşhur fransız filmi “Toxunulmazlar” (1+1) ekran əsərindən ilhamlanan rejissor Mert Baykal bu hekayənin öz versiyasını lentə alaraq onu yeni tərzdə – türk yumoru, hərarəti, insanlar arasındakı münasibətlərə müasir baxış bucağı ilə təqdim edib. Filmdə baş rolları Haluk Bilginer, Feyyaz Yiğit, Hatice Aslan, Bige Önal və Şevval Sam oynayır.
7 noyabrdan etibarən “CineMastercard” kinoteatrlar şəbəkəsində türk ailəvi dram janrında olan və real hadisələr əsasında çəkilmiş “Bi Umut” filminin eksklüziv nümayişi başlayır. Primeinfo.az-a kinoteatrdan verilən məlumata görə, ekran əsəri xəstəxanada ailəsiz və dəstəksiz qalan rus gəncə on il boyunca analıq edən türkiyəli Gülsüm Kabadayının gerçək həyatından bəhs edir. Filmdə insan mərhəmətindən, ana sevgisindən və empatiyanın gücündən söz açılır.
“CineMastercard” kinoteatrlar şəbəkəsində “Gelin takımı” populyar türk komediyasının çox gözlənilən davamı nümayiş olunur. Primeinfo.az-a kinoteatrlar şəbəkəsindən verilən məlumata görə, “Gelin takımı 2” bir zamanlar ayrılmaz olan dörd dostun hekayəsindən bəhs edir. Film boyunca onlar gözlənilməz hadisələr, əyləncəli vəziyyətlər və dostluqla sevgi sınaqları ilə üzləşirlər.
“CineMastercard” kinoteatrlar şəbəkəsində unikal kinematoqrafik hadisə — Türkiyə-İran ortaq istehsalı olan “Mevlana Mest-i Aşk” tarixi dramı ilk dəfə nümayiş olunur. Primeinfo.az xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi rejissor Hassan Fathi, prodüseri isə Mehran Boroumandır. Böyük müsəlman mütəfəkkiri, şair və filosof Mövlana Cəlaləddin Ruminin dərin mənəvi dünyasını əks etdirən hekayə ilk dəfə böyük ekran göstərilir.
“CineMastercard” kinoteatrında Walt Disney Pictures studiyasının elmi-fantastik janrda çəkdiyi “Tron: Ares” filminin səbirsizliklə gözlənilən premyeradan öncə nümayişi baş tutub. Primeinfo.az xəbər verir ki, nümayiş ən müasir ScreenX formatında keçirilib. Bu formatda görüntü eyni vaxtda üç ekranda — mərkəzi və iki yan ekranda təqdim olunur.