Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Cinemastercard

CineMastercard-ın şəhid əməkdaşının xatirə lövhəsi quraşdırılıb - FOTO

CineMastercard-ın şəhid əməkdaşının xatirə lövhəsi quraşdırılıb - FOTO

“Gəncə Mall” ticarət mərkəzində yerləşən CineMastercard kinoteatrında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb. Lövhə şəhidin vaxtilə çalışdığı kinoteatrın divarında yerləşdirilib. Primeinfo.az xəbər verir ki,Anım mərasimində şəhidin anası Xatirə xanım, digər şəhid anaları, Gəncə Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının nümayəndələri, 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev, eləcə də müxtəlif idarə və müəssisələrin təmsilçiləri iştirak ediblər.Tədbir çərçivəsində məktəbli qız Səxavət Həsənova həsr olunmuş şeir də səsləndirib.

CineMastercard-da "İmrozda bahar" filminin qala gecəsi - FOTO - VİDEO

CineMastercard-da "İmrozda bahar" filminin qala gecəsi - FOTO - VİDEO

CineMastercard kinoteatrlar şəbəkəsində baş rolun ifaçısı Məryəm Üzərlinin iştirakı ilə “İmrozda bahar” filminin qala gecəsi keçirilib. Primeinfo.az xəbər verir ki, ilk dəfə Bakıya səfər edən aktrisa burada böyük sevgi və səmimi qonaqpərvərliklə qarşılanıb. Çoxsaylı pərəstişkarları onunla görüşü səbirsizliklə gözləyiblər.

"Sea Breeze"də ilk çoxzallı "CineMastercard" kinoteatrı açılacaq – FOTO

"Sea Breeze"də ilk çoxzallı "CineMastercard" kinoteatrı açılacaq – FOTO

Bakıda “Sea Breeze” ərazisində ilk çoxzallı “CineMastercard” kinoteatrı açılacaq. Yeni kinoteatr filmlərin nümayişi üçün müasir texnologiyalarla təchiz olunacaq. Primeinfo.az xəbər verir ki, bununla bağlı “Venetian Harbour” kompleksində şəhər-kurort “Sea Breeze” və “CineMastercard” kinoteatrlar şəbəkəsi arasında müqavilə bağlanılıb.

"CineMastercard" Bakı aeroportunda kinoteatr açdı - FOTO

"CineMastercard" Bakı aeroportunda kinoteatr açdı - FOTO

Artıq sərnişinlər uçuşlarını gözləyərkən film izləyə biləcəklər. 15 Sentyabr, Bakı: CineMastercard kinoteatrlar şəbəkəsi Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş zonasında yeni kinoteatrını istifadəyə verib. Şəbəkə üçün yeni olan bu format sərnişinlərə səyahəti film izləməklə birləşdirməyə, uçuşadək vaxtlarını rahat və xoş keçirməyə şərait yaradır.

ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-adam" Bakıda - VİDEO

ScreenX formatı üçün xüsusi çəkilmiş "Hörümçək-adam" Bakıda - VİDEO

CineMastercard bu yayın ən möhtəşəm kino hadisələrindən birini – “Hörümçək-adam: yeni gün” filminin inqilabi ScreenX formatında premyerasını təqdim edir. Primeinfo.az xəbər verir ki, Piter Parkerin yeni macərası kino dünyasında əsl dönüş nöqtəsinə çevrilir. İlk dəfə olaraq tamaşaçılar filmin düz 88 dəqiqəsi boyunca ScreenX formatının təqdim etdiyi tam immersiv kino təcrübəsini yaşayacaqlar.

"CineMastercard"da “Tağıyev” filmləri həftəsi keçiriləcək

"CineMastercard"da “Tağıyev” filmləri həftəsi keçiriləcək

Azərbaycan Milli Kino Günü münasibətilə “CineMastercard” premium kinoteatrlar şəbəkəsində “Tağıyev” filmləri həftəsi keçiriləcək. Primeinfo.az xəbər verir ki, 2–9 avqust tarixlərində baş tutacaq nümayişlər zamanı tarixi kinolayihənin dörd tammetrajlı filmi böyük ekranda təqdim olunacaq. Bakı Media Mərkəzi tərəfindən Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilən layihə görkəmli Azərbaycan xeyriyyəçisi, sənayeçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin həyatına, fəaliyyətinə və zəngin irsinə həsr olunub.

“CineMastercard" xüsusi kino seanslarında fasilədə yenilik tətbiq edib

“CineMastercard" xüsusi kino seanslarında fasilədə yenilik tətbiq edib

“CineMastercard” premium kinoteatrlar şəbəkəsi tamaşaçılarının rahatlığını nəzərə alaraq, təxminən üç saat davam edən filmlərin xüsusi seansları üçün fasilə (antrakt) nəzərdə tutan yeni nümayiş formatını tətbiq edir. Primeinfo.az xəbər verir ki, müasir blokbasterlər, tarixi dramlar və irimiqyaslı kinolayihələr getdikcə daha uzunmüddətli olur, bu da tamaşaçılara filmin süjetinə və atmosferinə daha dərindən qərq olmağa imkan yaradır. Belə filmlərin nümayişini daha rahat etmək məqsədilə xüsusi seanslarda qısa fasilə (antrakt) nəzərdə tutulub.

“CineMastercard”da jurnalistlər pulsuz film izləyə biləcəklər

“CineMastercard”da jurnalistlər pulsuz film izləyə biləcəklər

“CineMastercard” premium kinoteatrlar şəbəkəsi iyulun 22-si Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri üçün xüsusi kampaniya təşkil edib.  Primeinfo.az-a bu barədə kinoteatrlar şəbəkəsindən məlumat verilib. Qeyd edilib ki, jurnalist peşəsinə və onların cəmiyyətin inkişafındakı mühüm roluna ehtiram əlaməti olaraq media nümayəndələrinə şəbəkənin kinoteatrlarında nümayiş olunan istənilən filmə bir ədəd ödənişsiz bilet təqdim olunacaq.

“CineMastercard” yeni açıq hava kinoteatrı açır

“CineMastercard” yeni açıq hava kinoteatrı açır

“CineMastercard” premium kinoteatrlar şəbəkəsi Sea Breeze ərazisində yerləşən CaspiMayr Retreat Beach Resort-da yeni Open Air Cinema açır. Primeinfo.az xəbər verir ki, yeni məkan Sea Breeze-in mədəni və əyləncə həyatının bir hissəsinə çevrilərək sakinlərə və kurortun qonaqlarına axşam istirahəti üçün unikal format təqdim edəcək. Açıq havada böyük ekran, rahat baxış zonası, yüksək keyfiyyətli görüntü və səs, eləcə də Xəzər dənizi sahilinin özünəməxsus ab-havası kino izləyicilərinə tamamilə yeni təəssüratlar bəxş edəcək.