Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: futbol

Dünya çempionatının finalına vəsiqə qazanan ölkələr - SİYAHI

Dünya çempionatının finalına vəsiqə qazanan ölkələr - SİYAHI

Daha iki ölkənin futbol yığması 2026-cı il Dünya Çempionatının (DÇ) final mərhələsinə vəsiqə qazanıb. Primeinfo.az xəbər verir ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində ötən gün keçirilən oyunlardan sonra Portuqaliya və Norveç milli komandaları mundialda iştirak hüququ əldə ediblər. Portuqaliya seçməsi doğma meydanda Ermənistanı 9:1 hesabı ilə məğlub edib, Norveç isə səfərdə İtaliyaya 4:1 hesabı ilə qalib gəlib.

Fransa ilə oyuna böyük maraq: "Bəhramov" tam dolacaq!

Fransa ilə oyuna böyük maraq: "Bəhramov" tam dolacaq!

DÇ-2026-nın seçmə mərhələsində D qrupunun son matçı Azərbaycan-Fransa oyununa maraq böyükdür. Primeinfo.az xəbər verir ki, oyun üçün satışa çıxarılan bütün biletlər alınıb. Tamaşaçı tutumu 31 200 nəfər olan Tofiq Bəhramov adına Respublika stadionu tam dolu olacaq.

"Barselona" müdafiəni gücləndirir – iki transfer planı

"Barselona" müdafiəni gücləndirir – iki transfer planı

İspaniyanın “Barselona” klubu iki müdafiəçini transfer etmək istəyir. Primeinfo.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, klub Almaniya təmsilçiləri “Bavariya”dan Dayot Upamekano və “Borussiya”dan (Dortmund) Niko Şlotterbeki heyətinə qatmağı düşünür. 25 yaşlı N.Şlotterbek “Borussiya” ilə 2027-ci ildə başa çatacaq müqavilənin müddətini uzatmaqdan imtina edərsə, “Barselona”ya 40 milyon avro qarşılığında keçə bilər.

Toral Bayramov heyətdən çıxarıldı

Toral Bayramov heyətdən çıxarıldı

Futbol üzrə milli komandasının heyətində dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, millimizin üzvü Toral Bayramov zədələndiyi üçün heyətdən çıxarılıb. Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə qarşılaşacaq.

“Napoli” - “Qarabağ” oyununun biletləri satışda - QİYMƏT

“Napoli” - “Qarabağ” oyununun biletləri satışda - QİYMƏT

“Napoli” – “Qarabağ” oyunu üçün vauçerlər bu gün satışa çıxır. Primeinfo.az xəbər verir ki, bu barədə “Qarabağ”ın mətbuat xidmətindən bildirilib. UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Napoli” (İtaliya) – “Qarabağ” matçını Neapol şəhərindəki “Stadio Diego Armando Maradona”da izləmək və komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışda olacaq.

"Barselona"nın əsas transfer hədəfi: Rayan Qravenberx

"Barselona"nın əsas transfer hədəfi: Rayan Qravenberx

İspaniyanın “Barselona” klubu “Liverpul”un niderlandlı yarımmüdafiəçisi Rayan Qravenberxin transferi ilə ciddi maraqlanır. Primeinfo.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb. Məlumata görə, Kataloniya təmsilçisi 23 yaşlı futbolçu üçün İngiltərə klubuna 50 milyon avro təklif etməyə hazırlaşır və bu məbləğin danışıqların başlanması üçün kifayət edəcəyinə inanır.

“Sabah” Fransa klubuna məğlub olub

“Sabah” Fransa klubuna məğlub olub

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb. Primeinfo.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda Fransa təmsilçisi “Elan Şalon”la üz-üzə gəlib. Milli Gimnastika Arenasında keçirilən B qrupunun matçında rəqib komanda 89:87 hesablı qələbəyə sevinib.

Əliyar Ağayevin səhv qərar verdiyi təsdiqləndi - VİDEO

Əliyar Ağayevin səhv qərar verdiyi təsdiqləndi - VİDEO

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XI turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə Bleker qurumun mətbuat xidmətinə açıqlama verib. Komitə sədri “Şamaxı” – “İmişli” (1:0), “Sumqayıt” – “Qəbələ”(2:0), “Araz-Naxçıvan” – “Karvan-Yevlax” (2:1), “Sabah” – “Kəpəz” (3:1), “Zirə” – “Turan Tovuz” (0:0) və “Qarabağ” – “Neftçi” (2:0) matçlarında qeydə alınan ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.