Azərbaycan və İslandiya yığma komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb. Primeinfo.az xəbər verir ki, matç Monteneqrodan olan hakimlər briqadasına həvalə olunub. Görüşün baş hakimi Nikola Dabanoviç olacaq.
Kristian Sebalyos “Sabah” futbol komandasının məşqçilər korpusundan ayrılıb. Bu barədə Primeinfo.az-a klubdan məlumat verilib. İspan mütəxəssis ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Türkiyədə 600-ə qədər futbolçu qanunsuz mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində dindiriləcək. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, İnterpol da artıq Türkiyə hüquq-mühafizə orqanlarının apardığı istintaqla maraqlanıb. İttiham aktına əsasən, Türkiyədə futbolçular, məşqçilər və menecerlər Albaniya, Bolqarıstan və Şimali Kiprdə fəaliyyət göstərən saytlarda qanunsuz mərc oyunlarında iştirak ediblər.
İngiltərənin səviyyəcə ikinci liqası sayılan Çempionşip təmsilçisi “Preston”un futbolçusu Milutin Osmaiç 9 oyunluq diskvalifikasiya edilib. Prineinfo.az İngiltərə Futbol Assosasiyasına istinadən xəbər verir ki, monteneqrolu hücumçunun cəzalanmasına səbəb həmkarını irqi zəmində təhqir etməsi olub. Hücumçu bu ilin fevralında keçirilən çempionat matçında Tunis millisinin və “Börnli”nin yarımmüdafiəçisi Hannibal Meybriyə qarşı irqçi ifadələr işlədib.
İspaniyanın “Real” klubunun türkiyəli futbolçusu Arda Gülər komandada ötən ayın ən yaxşısı adına layiq görülüb. Primenifo.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Türkiyə millisinin 20 yaşlı yarımmüdafiəçisi oktyabrda bütün turnirlərdə 4 matçda iştirak edib 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib. Primeinfo.az-ın məlumatına görə, günün ikinci matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edib. Qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:0.
Fransa milli komandasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycanla keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Primeinfo.az xəbər verir ki, ikiqat dünya çempionlarının baş məşqçisi Didye Deşam yığmaya 24 futbolçu dəvət edib: Qapıçılar: Lik Şevalye , Mayk Menyan , Bryis Samba Müdafiəçilər: Conatan Kloss, Lyuka Diny, Teo Ernandes, İbrahima Konate, Jül Kunde, Benjamen Pavar, Uilyam Saliba, Deyo Upamekano Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Mateo Qenduzi, Manu Kone, Adrian Rabiot, Orelian Çuameni,Uorren Zair-Emri Hücumçular: Bredli Barkola, Usman Dembele, Desir Due, Randal Kolo Muani, Kilian Mbappe, Maykl Olise, Markus Tyuram Qeyd edək ki, Fransa yığması noyabrın 13-də Ukraynanı qəbul edəcək, 3 gün sonra isə Bakıda Azərbaycan yığmasının qonağı olacaq.
“Qarabağ” dünən UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi”ni (İngiltərə) qəbul edib. Primeinfo.az Komanda.az-a istinadən xəbər verir ki, 2:2 hesabı ilə yekunlaşan matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Q.Qurbanov oyunçularının azərbaycanlı xarakteri göstərdiklərini bildirib: “Öncə azarkeşlərimizi təbrik etmək istəyirəm.
Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin IV tur oyunları keçiriləcək. Primeinfo.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” Çexiyada “Viktoriya” ilə üz-üzə gələcək. Qeyd edək ki, V turun oyunları noyabrın 27-də keçiriləcək.
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakı İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib. Primeinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azərbaycan çempionu matçı izləmək üçün fanatları stadiona erkən gəlməyə çağırıb: “Bu, stadiona rahat daxil olmağa, sıxlıqdan yayınmağa və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.