Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: IV Şuşa Qlobal Media Forumu

Prezidentin köməkçisi media sahəsindəki islahatlardan danışdı

Prezidentin köməkçisi media sahəsindəki islahatlardan danışdı

Son illərdə Azərbaycan media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirib. Primeinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda deyib. “Bu islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, institusional potensialın artırılması, daha yüksək etik standartların təşviq edilməsi, media savadlılığının artırılması və bu sahənin sürətli texnoloji dəyişikliklərə uyğunlaşmasına kömək etmək üçün nəzərdə tutulub.

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb - FOTO

Hikmət Hacıyev Şuşada Türkiyə nümayəndə heyəti ilə görüşüb - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin direktorunun müşaviri Bora Bayraktar və Anadolu Agentliyinin vitse-prezidenti, baş redaktoru Yusuf Özhanla görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə qonaqlar Şuşa Qlobal Media Forumuna dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildiriblər. Hikmət Hacıyev Azərbaycan ilə Türkiyə arasında media sahəsində əməkdaşlıq platformasının əhəmiyyətini vurğulayaraq, bu istiqamətdə əməkdaşlığın müxtəlif aspektlərinə toxunub.

Şuşada prezidentlərin təkbətək görüşü olub - VİDEO

Şuşada prezidentlərin təkbətək görüşü olub - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 14-də Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək görüşü olub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

IV Şuşa Qlobal Media Forumu işini davam etdirir

IV Şuşa Qlobal Media Forumu işini davam etdirir

İyulun 14-də IV Şuşa Qlobal Media Forumu işini davam etdirir. Primeinfo.az xəbər verir ki, əvvəlcə forumun məqsəd və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edib.