“Üçbaşlı müharibə partiyası”nın (Koçaryan–Karapetyan–Sarukyan — red.) nümayəndələri bir-biri ilə yarışaraq sülh şərtlərinə yenidən baxılmasından danışırlar və guya onu daha yaxşı etmək istədiklərini bildirirlər. Primeinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. Ermənistan lideri şərtlərin yenilənməsinin heç də onun daha yaxşı olacağına dəlalət etmədiyini bildirib.
Ermənistan yeni iqtisadi inkişaf mərhələsinə qədəm qoyur. Bu barədə bu gün Ermənistan Baş naziri Nikol Paşinyan sahibkarlarla görüşdə deyib.
Ermənistanın baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən avtobus yol-nəqliyyat hadisəsi törədib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
“Mənim Vladimir Putinlə heç bir gizli görüşüm olmayıb. Sadəcə işgüzar nahar olub”. Primeinfo.az xəbər verir ki, bunu aprelin 9-da hökumətin iclasından sonra keçirilən brifinqdə Ermənistanın Baş naziri Nikol Pashinyan, onun Moskvaya son səfərindən sonra səsləndirilən tənqidi fikirlərə münasibət bildirərkən deyib.
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini bərpa etməsini gözləmək real deyil. Primeinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Pashinyan Rusiya Prezidenti Vladimir Putin ilə Moskvada keçirilən son danışıqlardan sonra brifinqdə deyib. Ermənistan tərəfinin Moskvadakı danışıqlardan sonra KTMT-ylə bağlı mövqeyini dəyişib-dəyişmədiyi ilə bağlı suala cavab olaraq deyib ki, geriyə keçmişə daim boylanmağa ehtiyac yoxdur.
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyü Moskva səfərini çox uğurlu adlandırıb. Primeinfo.az-ın məlumatına görə, bunu Ermənistan Baş naziri brifinqdə səfər çərçivəsində hansı razılaşmaların əldə edildiyi ilə bağlı sualı cavablandırarkən bildirib. “Biz bir sıra sahələrdə, demək olar ki, gündəliyimizin bütün sahələrində – mədəniyyətdən tutmuş hərbi-texniki əməkdaşlığa qədər konkret razılaşmalar əldə etmişik.
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin Ermənistan üçün vacib olduğunu bildirib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Paşinyan bunu Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib. O vurğulayıb ki, Azərbaycanla sülh İrəvanın Moskva ilə münasibətlərinə müsbət təsir göstərir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın və Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində İrəvan və Bakı arasında münasibətlərin sabitləşməsinə nail olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya lideri Vladimir Putin Kremldə Paşinyanla görüşündə bildirib. Putin, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasında ABŞ Prezidenti Donald Trampın fəal iştirakını xatırladıb.
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparır.
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiya Federasiyasına işgüzar səfərə gedəcək. Primeinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. Səfər çərçivəsində Baş nazir Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.