
“Ekspert dairələrində müzakirə olunur ki, Azərbaycan və Türkiyə müttəfiqdir, ortada Şuşa Bəyannaməsi var. Biz bütün məsələləri koordinasiya etməliyikmi? Mənim şəxsi fikrim belədir ki, bəli, Türkiyə Azərbaycana qardaş dövlətdir, strateji müttəfiqdir. Amma fərqli baxışlar da ola bilər”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun fikrincə, Azərbaycan ən vacib məsələdə öz siyasətini koordinasiya edir:
“Bu da Ermənistan siyasətidir ki, Azərbaycan və Türkiyə yüksək səviyyədə koordinasiya edir”.
Davamı “Qırmızı masa”da: