Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya-Ukrayna danışıqları Bakıda baş tuta bilərmi? - MÜHÜM AÇIQLAMA

25.04.2026 15:35

Rusiya-Ukrayna danışıqları Bakıda baş tuta bilərmi? - MÜHÜM AÇIQLAMA
Volodimir Zelenski Rusiya ilə Ukrayna arasındakı danışıqların Azərbaycanda keçirilməsini təklif edib.

Ukrayna Prezidenti bunu bu gün Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

Zelenskinin bu təklifini Primeinfo.az saytına şərh edən keçmiş maliyyə naziri Fikrət Yusifovin fikrincə, əgər Rusiya tərəfi buna razılıq verərsə, ən uyğun variantlardan biri də məhz Bakıda görüş olar.

Rusiya-Ukrayna danışıqları Bakıda baş tuta bilərmi? - MÜHÜM AÇIQLAMA

“Azərbaycan artıq illərdir ki, beynəlxalq tədbirlərin və danışıqların keçirildiyi stabil məkan kimi özünü həm yaxın çevrəmizdə olan ölkələrə, həm də dünya ölkələrinə göstərib. Bu illər ərzində bu və ya buna bənzər çoxlu sayda görüşlər keçirilib”, – deyə keçmiş nazir bildirib.

“Azərbaycan Rusiya Ukrayna savaşının dərhal dayanmasında maraqlıdır”.

Bu sözləri isə “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Primeinfo.az-a açıqlamasında deyib.Rusiya-Ukrayna danışıqları Bakıda baş tuta bilərmi? - MÜHÜM AÇIQLAMA

“Baxmayaraq ki, münasibətlərdə gərginlik var, amma Azərbaycan Rusiya ilə əməkdaşlıq edir. Təyyarə hadisəsinə görə kompensasiya ödənməlidir. Yəni, Azərbaycan heç bir qonşu ölkə ilə gərginlik istəmir. Eləcə də, Rusiya ilə təmaslar var. Rusiya baş naziri Azərbaycana gəldi, layihələrlə maraqlandı. Lakin eyni zamanda Azərbaycanın Ukrayna ilə də sıx tərəfdaşlıq münasibətləri var”, – deyə o vurğulayıb.

Politoloq əlavə edib ki, Azərbaycan Rusiya-Ukrayna savaşının dərhal dayanmasında maraqlıdır: “Eyni zamanda, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Əlbəttə, əgər Ukrayna və Rusiya tərəfi Azərbaycanda danışıqlar aparmaq istəyərsə, Azərbaycan qapılarını açmağa hazırdır”.

E.Şahinoglunun sözlərinə görə, biz İsrail və Türkiyə arasında da dialoqun tərəfdarı olmuşuq və keçmiş illərdə baş tutan danışıqlar da məhz Bakıda kecirilib.

“Ondan öncə isə Rusiya baş qərargah rəisi NATO-nun Avropadakı komandanı ilə paytaxtımızda danışıqlar aparırdı. Yəni, eləcə də Rusiya-Ukrayna müharibəsinin dayandırılması məqsədilə tərəflər burada görüşmək istəyərlərsə,  Azərbaycan hər zaman buna hazırdır və dialoqa öz dəstəyini verər”, – politoloq qeyd edib.

 

Paylaş: