Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “Müxalifət iqtidarla anlaşdısa, ipi hakimiyyətin əlində olur” - VİDEO

26.05.2026 16:39

Aygün Muradxanlı: “Müxalifət iqtidarla anlaşdısa, ipi hakimiyyətin əlində olur” - VİDEO

“Özünə müxalifət deyən heç bir güc gedib iqtidarla hər hansı formada anlaşa, razılaşa, sonra da anlaşmanı pozub, ona qarşı gələ bilməz. Ya heç bir halda anlaşmayacaqsan, ya da anlaşmanı pozmayacaqsan”.

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” proqramında deyib.

“Siyasətin öz qaydaları var” – deyən Aygün Muradxanlı Türkiyədə ilk dəfə ümumxalq səsverməsi yolu ilə keçirilən prezident seçkilərini xatırladıb:

“Mən şəxsən həmin prezident seçkilərini, bütün prosesi MHP qərargahından izləmişdim. AK Parti ilə MHP elə bir “qanlı bıçaq” partiyalar idilər ki… O zaman Bahçeli çox sərt çıxış etmişdi, Ərdoğanı tənqid etmişdi. Amma sonra nə baş verdi? Son dönəmlərdə biz nə gördük?”

Davamı “Qırmızı masa”da:

Paylaş: