Xəbər axtarın

Son axtarış nəticələri:

AZAL dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir

19.05.2026 10:22

AZAL dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir

Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib. Hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir.

Bu barədə Primeinfo.az-a Azərbaycan Hava Yollarından (AZAL) bildirilib.

Qeyd olunub ki, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin etmək məqsədilə zəruri əməliyyat qərarlarını qəbul edir.

Paylaş: