
Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət ediblər.
Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” hesabında paylaşım edib.
“Müsəlman Şərqinin ilk parlament demokratiyası – Azərbaycan Demokratik Respublikasının banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını diplomatik heyət və icma üzvləri ilə birgə ziyarət etdik. Azərbaycan uğrunda mübarizə aparan Vətən övladlarını hörmətlə yad edirik!”, – deyə o qeyd edib.
Müsəlman Şərqinin ilk parlament demokratiyası – Azərbaycan Demokratik Respublikasının banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını diplomatik heyət və icma üzvləri ilə birgə ziyarət etdik.#Azərbaycan uğrunda mübarizə aparan Vətən övladlarını hörmətlə yad edirik! pic.twitter.com/MtShHpYTSr
— Leyla Abdullayeva (@LAbdullayevaMFA) May 27, 2026