Xəbər axtarın

Son axtarış nəticələri:

“Cevdet Yılmaz İrəvanda türk bayrağının yandırıldığını unudub?” - Elçin Alıoğludan SƏRT SÖZLƏR – VİDEO

08.05.2026 14:45

“Cevdet Yılmaz İrəvanda türk bayrağının yandırıldığını unudub?” - Elçin Alıoğludan SƏRT SÖZLƏR – VİDEO

“Türkiyə Prezidentinin Ermənistanla münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi Cevdet Yılmaz İrəvanda Avropa Siyasi Birliyinin Sammitində iştirak edərkən, belə bir açıqlama verib: “Mən özümü o qədər yaxşı hiss edirəm ki, sanki evimdəyəm”.

Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.

O, Cevdet Yılmazın bu sözlərini hiddətlə qarşılayıb:

“Mən buradan sizin vasitənizlə cənab Yılmaza səslənirəm: Cevdet bəy, İrəvan nə vaxtdan sizin eviniz olub? Siz doğrudanmı orada özünüzü rahat, yaxşı hiss edirsiniz? Siz bu sözləri deyəndən bir neçə gün əvvəl daşnaklar orada Türkiyə bayrağını yandırıblar. 4 min azərbaycanlının taleyi hələ də bəlli deyil”. Sizin vicdanınız, ləyaqətiniz sızlamır?”

Davamı “Qırmızı masa”da:

Paylaş: