Xəbər axtarın

Son axtarış nəticələri:

Politoloqdan SƏRT SÖZLƏR - “Həmin abidəni başqa saatda ziyarət etmək mümkün deyildimi?”

09.05.2026 21:59

Politoloqdan SƏRT SÖZLƏR - “Həmin abidəni başqa saatda ziyarət etmək mümkün deyildimi?”
“Azərbaycan Prezidenti İlham Əliyev ikinci ildir ki, doğru olaraq 9 may faşizm üzərində qələbə gününü Moskvada deyil, Bakıda qeyd edir, Həzi Aslanovun abidəsinə əklil qoyur”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Primeinfo.az-a açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev isə 9 may tarixində Rusiyanın həmin ölkədəki səfiri Sergey Neçayevlə birgə Berlindəki Treptov Parkında Sovet əsgərinin abidəsi önünə əklil qoyub.

“Əlbəttə, alman faşizmi üzərindən qələbədə soydaşlarımızın da payı var, cəbhəyə göndərilən 600 mindən çox azərbaycanlının yarısı geri qayıtmayıb, qəhrəmanlıq nümunəsi göstərənlər az olmayıb. Ancaq niyə Azərbaycanın səfiri indiki həssas məqamda Rusiya imperiyasının və işğalçılığın rəmzi olan georgi lentini yaxasına yapışdıran diplomatla və arxalarında Rusiya bayraqları olanlarla bir cərgədə olmalıdır? Həmin abidəni başqa saatda ziyarət etmək və əklil qoymaq mümkün deyildimi?”

Politoloqdan SƏRT SÖZLƏR - “Həmin abidəni başqa saatda ziyarət etmək mümkün deyildimi?”

Russia’s Ambassador to Germany Sergey Nechayev gestures, as he visits the Soviet War Memorial, on the day Russia commemorates Victory Day and the 81st anniversary of the end of World War Two in Europe, at Treptower Park in Berlin, Germany, May 9, 2026. REUTERS/Christian Mang

Politoloq Azərbaycanın Almaniyadakı keçmiş səfirlərinin də 9 may günündə Berlindəki Treptov Parkını ziyarət etdiklərini misal çəkib:

“Ancaq həmin gün səfirlərimiz Almaniya Xarici İşlər Nazirliyinin, Bundestaqın deputatları ilə parkı birgə ziyarət edirdilər. Doğru olan da budur. Mümkündür ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Almaniya rəsmiləri və deputatları 9 may günündə həmin parkı ziyarət etmir, Qələbə gününü başqa ölkələrdə olduğu kimi 8 mayda qeyd edirlər”.

O vurğulayıb ki, belə olan halda səfir Treptov Parkını ayrıca da ziyarət edə bilərdi və yaxalarında georgi lentləri olan insanlarla eyni fotoya düşməzdi”.

Politoloqdan SƏRT SÖZLƏR - “Həmin abidəni başqa saatda ziyarət etmək mümkün deyildimi?”

“Nəsimi Ağayev bir neçə gün əvvəl keçmiş Buxenvald əsir düşərgəsində İkinci Dünya müharibəsi illərində orada saxlanılmış və həlak olmuş azərbaycanlı əsirlərin xatirəsinə həsr olunmuş lövhənin açılışını etdi. Ora tək getdiyi kimi, Treptov Parkına da tək gedə bilərdi”, – deyə Elxan Şahinoğlu qeyd edib.

Paylaş: