
“Quru əməliyyatı olmasa da, İranı çox ciddi şəkildə bombalayacaqlar. Tramp bunu açıq şəkildə demişdi ki, İranın dəmiryollarını, körpülərini, silah zavodlarını və yataqlarını tamamilə sıradan çıxaracaqlar”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Heydər Oğuz Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Onun sözlərinə görə, İran özü də başa düşür ki, nə qədər kompromisə getsə və güzəştli addımlar atsa da, yenə də zərbələr baş tutacaq:
‘Ona görə də İran sona qədər getməklə, Çin və Rusiyadan daha çox dəstək almaq istəyir”.
Davamı “Qırmızı masa”da: