![]()
“Rusiya Paşinyanın siyasətindən narazıdır. Bundan əlavə, Ermənistan parlamentinin sədri Alen Simonyanın açıqlamaları da Rusiyada və Belarusda birmənalı qarşılanmadı. Bu kimi fikir ixtilafları getdikcə daha da dərinləşəcək. Putin Paşinyanı devirmək istəyir, amma bu alınmayacaq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Xatırladaq ki, Alen Simonyan daha əvvəl İrəvanın Ermənistanın “quberniyaya çevrilməsinə” imkan verməyəcəyini və ölkənin Belarus nümunəsi ilə idarə olunmayacağını bəyan etmişdi.
Bu açıqlamadan sonra Belarus Xarici İşlər Nazirliyi Ermənistanın oradakı müvəqqəti işlər vəkili Artur Sarkisyana nota təqdim edib.
Davamı “Qırmızı masa”da: