
“Trampın Çinə səfəri çoxdan gözlənilirdi, hələ fevral ayından anonsu verilmişdi. Sonra İran-ABŞ-İsrail savaşı başladı və görünən o idi ki, Tramp İranı diz üstə çökdürüb, məğlub edib, Çinə qalib kimi getmək istəyirdi. Bu səbəbdən də səfər bir neçə dəfə təxirə salındı”.
Primeinfo.az xəbər verir ki, bu fikri Prime TV-nin “Milli fikir” platformasında keçmiş Baş nazir Pənah Hüseyn bildirib.
O, tarixçi alim Paşa Həsənli və jurnalist Aygün Muradxanlı ilə birgə ABŞ və Çin liderlərinin görüşünü şərh edib:
“Səfərdən öncə ABŞ Prezidenti “görüşdə İran məsələsi müzakirə olunacaqmı?” sualına “onu müzakirə etməyə ehtiyac yoxdur” cavabını verdi. Yəni, nümayiş etdirməyə çalışdı ki, tamam fərqli bir məsələlər üçün Çinə gedir. İran məsələsi artıq bitib. İran özünü yaxşı aparmasa, ABŞ bu problemi özü həll edəcək. Amma aydın məsələdir ki, İranla müharibənin uğurlu nəticələrinin hələ də ortada olmaması Çinin bu səfərdə əlini xeyli gücləndirdi. Onsuz da Trampın 8 ildən sonra Çinə getməsi onun Çinin ayağına getməsi kimi dəyərləndirilir. Düşünürəm ki, Trampın Si Cinpin ilə görüşündən daha çox Çin udacaq”.
Davamı “Milli fikir”də: