Xəbər axtarın

Son axtarış nəticələri:

Zəngəzur dəhlizi açılmalıdır - SON DƏQİQƏ - VİDEO

26.05.2026 19:00

Zəngəzur dəhlizi açılmalıdır - SON DƏQİQƏ - VİDEO

“İran tərəfdən hər cür təxribatı gözləməliyik, amma biz öz haqlarımızdan imtina etməyəcəyik. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Azərbaycanın Naxçıvanla birbaşa və maneəsiz keçidi təmin olunmalıdır”.

Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Qeyd edək ki, İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti yenə də təhdidlər səsləndirib. Bu barədə İran mətbuatı xəbər yayıb. Onun sözlərinə görə, indi regional dəhlizlərin (keçidlərin) xəritəsi Vaşinqtonun təhdidləri ilə deyil, Tehranın “sahə reallıqları” ilə yazılır. Vilayəti bildirib ki, Tramp “gündəlik İran təhdidləri” və “Amerika yanacaqdoldurma məntəqələrində qəzəbli müştərilər” paradoksunda ilişib qalıb: “Daxili inflyasiyanı cilovlamaq üçün bazar sabitliyinə və enerji qiymətlərinin azaldılmasına ehtiyacı var”.

Davamı “Qırmızı masa”da:

 

Paylaş: