
“Banklar insanları qarət edirlər. 300 manat kredit verib, 45 gündən sonra 800 manat tələb edirlər”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin “Qırmızı masa” platformasında siyasi şərhçi Elçin Alıoğlu bildirib.
O, Azərbaycanda bank və kredit təşkilatlarının verdiyi istehlak kreditlərinin yüksək faizlərindən şikayətlənib.
Keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifov isə bu məsələni dəfələrlə qaldırdığını deyib: “Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən, uçot dərəcəsi 6,5 faizdir. Bank olmayan kredit təşkilatlarının keçən il verdikləri kreditlərin ortalama faizi 32-34 faizdir”.
Jurnalist Aygün Muradxanlı da ölkədə bank faizlərinin həddindən artıq yüksək olduğunu qeyd edib:
“Banklar vətəndaşlara istehlak krediti vermək üçün bütün günü yalvarırlar. Bu faizlərlə kredit olar? Belə yüksək bank faizləri harada var?”
Canlı yayımda gərgin debatın davamını “Qırmızı masa”da izləyin: