Xəbər axtarın

Son axtarış nəticələri:

Elmar Qasımov: “Bakı Ali Neft Məktəbində 24 ölkədən əcnəbi tələbə təhsil alır”

11.06.2026 11:38

Elmar Qasımov: “Bakı Ali Neft Məktəbində 24 ölkədən əcnəbi tələbə təhsil alır”

“Bakı Ali Neft Məktəbində (BANM) tədris olunan ixtisaslar qısa müddətdə xarici ölkələrdən olan gənclərin də böyük marağına səbəb olub. Hazırda burada 200 əcnəbi tələbə təhsil alır”.

Primeinfo.az xəbər verir ki, bu sözləri BANM-in rektoru Elmar Qasımov bildirib.

Onun sözlərinə görə, onlar Özbəkistan, Konqo, Rusiya, Gürcüstan, Somali, Türkiyə, Banqladeş, Qazaxıstan, Hindistan, Pakistan, Çin, Türkmənistan, Yəmən, İraq, Burundi, Çad, Şri-Lanka, Toqo, Qırğızıstan, Sudan, Tanzaniya, Kot-d’İvuar, Müqəddəs Lusiya və Misiri təmsil edirlər.

“BANM ildən-ilə beynəlxalq tələbələrin seçim etdiyi və xarici gəncləri özünə cəlb edən nüfuzlu ali təhsil müəssisəsinə çevrilir. Burada yalnız yüksəkkeyfiyyətli mühəndis və mütəxəssis hazırlığı ilə deyil, eyni zamanda multikultural və beynəlxalq tələbə mühitinin formalaşdırılması ilə də fərqlənir. Xarici tələbələr universitetin akademik və ictimai həyatında fəal iştirak edir, müxtəlif mədəniyyətlərin qarşılıqlı inteqrasiyasına töhfə verirlər”, – deyə E.Qasımov əlavə edib.

 

Paylaş: