Xəbər axtarın

Son axtarış nəticələri:

Elnur Soltanov: "Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır"

11.06.2026 12:39

Elnur Soltanov: "Azərbaycanın əsas hədəfi dayanıqlı və davamlı iqtisadi artımdır"

“Azərbaycanın iqtisadi siyasətinin əsas məqsədi dayanıqlı və davamlı iqtisadi artımın təmin edilməsidir”.

Primeinfo.az xəbər verir ki, bu fikri energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən “TECHNOVATION: Davamlı iqtisadi transformasiya üçün elm və innovasiya” konfransında səsləndirib.

O bildirib ki, iqtisadiyyatın şaxələndirilməsi mühüm amil olsa da, əsas diqqət iqtisadi artımın təmin olunmasına yönəlməlidir.

Elnur Soltanov qeyd edib ki, şaxələndirmə iqtisadiyyatın dayanıqlığını artırır və müxtəlif risklərə qarşı müqaviməti gücləndirir. Bununla yanaşı, iqtisadi siyasətin əsas göstəricisi davamlı inkişaf və uzunmüddətli iqtisadi artım olmalıdır: “Azərbaycan son illərdə iqtisadi transformasiya istiqamətində mühüm nəticələr əldə edib. Ölkənin enerji resurslarından əldə olunan imkanlar yeni iqtisadi inkişaf mərhələsinin əsasını formalaşdırıb”.

Nazir müavini vurğulayıb ki, Azərbaycan iqtisadiyyatının gələcək inkişafı insan kapitalı, bilik və texnologiyaların tətbiqi hesabına təmin olunacaq. Bu baxımdan innovasiya və məhsuldarlığın artırılması xüsusi əhəmiyyət kəsb edir.

Paylaş: