
“Əqli mülkiyyət hüquqlarının pozulmasına görə kifayət qədər sanksiyalar nəzərdə tutulur”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində AzMİU-nun Əqli mülkiyyət kafedrasının baş müəllimi Natiq İsayev bildirib.
Onun sözlərinə görə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunda nəzərdə tutulub ki, 110 manatdan 55 min manata qədər hüquq pozulmalarına münasibətdə sanksiyalar tətbiq oluna bilər.
“Mən hələ digər qanunvericilik aktlarında nəzərdə tutulan müddəaları demirəm. İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində də müddəalar var. Məsələn, Cinayət Məcəlləsinin 165-ci maddəsində müəlliflik hüququnun pozulmasına görə 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulur”, – deyə Natiq İsayev əlavə edib.
Davamı “Qırmızı masa”da: