
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə iyun ayının pensiya ödənişləri yekunlaşdırılıb.
Bu barədə Primeinfo.az-a ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, iyunun 12-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin iyun ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.