
Prezidentin tapşırıqlarına əsasən, 32 rayonda 52 aqropark yaradılıb.
Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Biləsuvarda keçirilən regional müşavirədə Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov deyib.
“Aqroparkların yaradılması sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq edərək, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında, o cümlədən bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığın aradan qaldırılmasında və məşğulluğun artırılmasında xüsusi əhəmiyyət kəsb edib”, – deyə Xalid Əhədov bildirib.