Xəbər axtarın

Son axtarış nəticələri:

ŞOK İTTİHAM: “İnşa yaza bilmir, qışqırır ki, jurnalistəm” –VİDEO

02.06.2026 17:30

ŞOK İTTİHAM: “İnşa yaza bilmir, qışqırır ki, jurnalistəm” –VİDEO
“İndi özünü jurnalist adlandıran bəzi xanım və bəylərə desəm ki, sərbəst mövzuda inşa yaz, yaza bilməyəcək”.

Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.

Jurnalist Aygün Muradxanlı da onun bu fikrini dəstəkləyərək qeyd edib ki, müsahibə ala, reportaj hazırlaya bilməyən bəzi müxbirlər birbaşa köşə yazmaq iddiasına düşürlər:

“Onlar anlamırlar ki, bir jurnalistin köşə yazısına gedən yolu xəbərdən, reportajdan, müsahibədən keçir. Artıq onun imzası tanınandan sonra fikri ictimaiyyət üçün önəmli ola bilər və köşə yazısı yaza bilər”.

Bu və digər maraqlı mövzuların davamını “Qırmızı masa”da izləyə bilərsiniz:

Paylaş: