Xəbər axtarın

Son axtarış nəticələri:

SON DƏQİQƏ: Paşinyan Ermənistanda seçkilərdə qalib gəldi, qələbəsini belə elan etdi - VİDEO 

08.06.2026 10:16

SON DƏQİQƏ: Paşinyan Ermənistanda seçkilərdə qalib gəldi, qələbəsini belə elan etdi - VİDEO 

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində qazandığı qələbəni özünün “İnstaqram” hesabında paylaşdığı video ilə elan edib.

Primeinfo.az xəbər verir ki, N.Paşinyan “Biz çempionuq” mahnısıyla ürək işarəsi tutaraq video paylaşıb.

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının bütün seçki məntəqələrindəki səslərin sayılmasından sonra ilkin məlumatlarına görə, Paşinyanın partiyası səslərin 49,81%-ni toplayıb.

***

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası bülletenlərin 100 %-i sayıldıqdan sonra 49,81 % səs toplayıb.

Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Ermənistan mediası MSK-nın məlumatına istinadən xəbər verir.

***

Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 90% faizi sayılıb.

Bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, Baş nazir Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası səslərin 50,25 faizini qazanıb.

İş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” partiyalar bloku 23,31% səs toplayıb. Keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku 9,78% səslə üçüncü yerdə qərarlaşıb. Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə 4,2% səs toplayıb.

Beləliklə, müxalifət hazırda səslərin ümumi sayının 36,88%-nə malikdir. Ölkədə 2005 seçki məntəqəsindən 1199-da səslər sayılıb.

Qeyd edək ki, partiyalar üçün limit 4%, bloklar üçün isə 8% təşkil edir.

***

Ermənistanda keçirilən parlament seçkilərində bülletenlərin 50,31 faizi hesablanıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası bülletenlərin 50,31%-i (742 857 səs) emal edildikdən sonra 51,03% səs toplayıb.

İş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku səslərin 23,18%-ni, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku 9,51%-ni və iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası 4,18%-ni toplayıb. Seçici fəallığı 58,97% təşkil edib.

Bu arada Paşinyan rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının parlament seçkilərində qələbə qazandığını bildirib.

***

Ermənistan Mərkəzi Seçki Komissiyasının 110 seçki məntəqəsindən aldığı ilkin məlumatlara görə, baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” partiyası 57,14% və ya 11.073 səs toplayıb.

“Report” xəbər verir ki, iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” bloku 21,43% və ya 4152 səs, keçmiş prezident Robert Köçəryanın “Ermənistan” bloku 8,21% və ya 1590 səs, iş adamı Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası isə 5,1% və ya 988 səs toplayıb.

Seçici fəallığı 58,97% təşkil edib.

 

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Nikol Pashinyan (@nikolpashinyan_official)

Paylaş: