Xəbər axtarın

Son axtarış nəticələri:

Uraloğlu: "BTQ Çin və Avropa arasında fasiləsiz yük dəhlizinin əsas hissəsidir"

02.06.2026 17:10

Uraloğlu: "BTQ Çin və Avropa arasında fasiləsiz yük dəhlizinin əsas hissəsidir"

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti Çin və Avropa arasında fasiləsiz nəqliyyat dəhlizinin əsas hissələrindən biridir və bu marşrutun Londona (Böyük Britaniya) qədər uzanması potensialı var.

Primeinfo.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

“Bu xətt üzrə illik 5 milyon ton yük daşınması nəzərdə tutulur. Bu da ölkələrimizin iqtisadi inkişafına və rifahına ciddi töhfə verəcək”, – deyə A.Uraloğlu qeyd edib.

Nazir əlavə edib ki, son dövrlərdə dəniz və su yolu nəqliyyatında yaranan çətinliklər fonunda quru dəhlizlərin, xüsusilə BTQ-nin əhəmiyyəti daha da artıb.

Paylaş: