
“Başqa millətlər dövlətdən hər şey istəyir. Bizim xalq isə dövlətdən təkcə bir şey istəyir: sən Allah, mane olma, mən özüm qazanacağam, dolanağacaqam”.
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin “Qırmızı masa” verilişində REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

“Belə olmayanda da artıq sosioloji, psixoloji vəziyyət dəyişir və hamı sosial yardımdan, uşaq pulundan danışır, istəyir. Dövlət insanlara dolanmağa imkan versə, uşaq pulu heç kimin yadına da düşməz. Əgər mən pul qazanıramsa, ailəmi dolandırıramsa, vergi ödəyirəmsə, bununla da dövlətə kömək edirəmsə, nəyimə lazımdır uşaq pulu?”
Davamı “Qırmızı masa”da: