
“Yeni Dövlət Proqramının qarşısına qoyduğu əsas hədəf kənd təsərrüfatında illik ümumi daxili məhsul artımının ən azı 2 faiz və onun üzərində olmasına nail olmaqdır”.
Primeinfo.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, illik aqrar və qida məhsulları ixracının da 6 faizdən yuxarı həcmdə artımına nail olmaq əsas hədəflərdəndir:
“Mövcud 1.5 milyard dollarlıq ixracın 2030-cu ilə qədər iki milyard dollar üzərində rəqəmə nail olunacağını hədəfləyirik. İxrac artımı isə təkcə həcm və dəyər ifadəsində olmayacaq, həmçinin ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində də dəstəkləyici tədbirlər həyata keçiriləcək”.