Xəbər axtarın

Son axtarış nəticələri:

Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək və ötürmə qabiliyyəti nə qədər olacaq? - Millət vəkili AÇIQLADI

01.06.2026 19:59

Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək və ötürmə qabiliyyəti nə qədər olacaq? - Millət vəkili AÇIQLADI

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizinin də şübhəsiz inşa ediləcəyini deyib.

Zəfərdən sonra Prezident dəfələrlə bildirib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Cənab Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan edib. Və bu artıq reallaşmaqdadır.

Primeinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib.

O qeyd edib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisində işlər tamamlanmaq üzrədir. Dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi isə cəmi 40 kilometrdir: “Bu o deməkdir ki, işlərin intensivləşdiyi halda dəhlizin daha qısa zamanda istifadəyə verilməsi mümkündür”.

Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək və ötürmə qabiliyyəti nə qədər olacaq?

Millət vəkilinin sözlərinə görə, 15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək: “Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geo-siyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq” .

“Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyin qiymətləndirmələrinə görə, Zəngəzur dəhlizi 2030-cu ilədək istifadəyə veriləcək. Bu dəhliz vasitəsilə Çindən yüklər Londona cəmi 18 gündə çatdırıla biləcək. 10 illik proqnoza əsasən, dəhliz 50 milyard dollar gəlir gətirəcək və hər il 60.000-dən çox əlavə iş yerinin yaradılmasına töhvə verəcək”, – deyə V.Bayramov vurğulayıb.

Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək və ötürmə qabiliyyəti nə qədər olacaq? - Millət vəkili AÇIQLADI

Paylaş: