Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “Məmurlar mediadan niyə qorxurlar?” – VİDEO

01.07.2026 18:15

Aygün Muradxanlı: “Məmurlar mediadan niyə qorxurlar?” – VİDEO

“Əvvəlki hakimiyyət komandası mediaya çox açıq idi. Mən şəxsən jurnalist kimi bir çox nazirə zəng edirdim, müsahibə alırdım. Nazirlər tez-tez mətbuat konfransı keçirirdilər. Hakimiyyət mediaya açıq idi və vətəndaşda da etimad yaranırdı”.

Primeinfo.az xəbər verir ki, bu sözləri jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” platformasında deyib.

O qeyd edib ki, nədənsə indiki əksər məmurlar mediadan çəkinirlər.

Keçmiş maliyyə naziri Fikrət Yusifov da Aygün Muradxanlının sözlərini təsdiqləyib. O, vəzifədə olduğu dövrlərdən misal çəkib: “7-8 jurnalist mütəmadi müsahibə üçün yanıma gəlirdi. Həftədə 4-5 jurnalist qəbul edirdim. Media ilə dost münasibətimiz vardı”.

Davamı videomaterialda:

Paylaş: