
Britaniya və ABŞ-nin tanınmış müğənnisi Bonni Tayler 75 yaşında vəfat edib.
Primeinfo.az xəbər verir ki, “Total Eclipse of the Heart”, “Holding Out for a Hero” və “It’s a Heartache” hitləri ilə məşhur olan ifaçının vəfatı barədə məlumat onun rəsmi saytında dərc olunub.
Müğənni Portuqaliyadakı xəstəxanada qəfil vəfat edib.
May ayında Bonni Tayler Portuqaliyanın Faro şəhərində bağırsağında təcili əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi. O, bir aydan çox reanimasiya şöbəsində süni tibbi komada qalmışdı.
Qeyd edək ki, əsl adı Geynor Sallivan olan Bonni Tayler 1951-ci ilin iyun ayında Böyük Britaniyada anadan olub. Onun musiqi karyerası 1970-ci illərdə başlayıb və ilk böyük uğuru 1976-cı ildə yayımlanan “Lost In France” mahnısı olub. Müğənninin şöhrətinin zirvəsi 1980-ci illər və 1990-cı illərin əvvəllərinə təsadüf edib. O, 2013-cü ildə “Believe In Me” mahnısı ilə Böyük Britaniyanı “Eurovision” mahnı müsabiqəsində təmsil edib.
B.Tayler 2026–2027-ci illərdə beynəlxalq qastrol turuna çıxmağı planlaşdırırdı. Həmin turun çərçivəsində iyul ayında Almaniyada konsertləri nəzərdə tutulmuşdu.